Xəbər lenti

 Azərbaycanda və bir çox MDB ölkələrində istehsal olunan filmlərin döyüş səhnələrinin xoreoqrafı, döyüşçü-kaskadyor Sain Fərhad Fərmanlı “Australia Stunt Academy” tərəfindən Hollivudda təşkil olunan professional kaskadyor kurslarına dəvət alıb.
Sain Fərmanlı Ümumdünya Kapoeyra Federasiyasının prezidenti, həmyerlimiz Taleh Orucovun ilk tələbələrindəndir. Uzun müddət kapoeyra, kunqfu və karate ilə məşğul olub.
Hazırda Sain Fərmanlı bir çox Hollivud filmlərində çalışan Antony De Longisi, Dale Gibson, Lane Leavitt, Scott Leva, Tony Snegoff kimi tanınmış döyüş xoreoqrafları, kaskadyor və aktyorlardan dərs alır.
Onu da qeyd edək ki, Sain Fərmanlı MDB ölkələrindən bu kurslara dəvət olunan yeganə döyüşçü-kaskadyordur.
Ümidvarıq ki, kaskadyorumuzun Hollivud təcrübəsi Azərbaycan döyüş və ekşn filmlərinin inkişafına müsbət təsirini göstərəcəkdir.
Qürurverici an - Azərbaycanlı kaskadyor HOLLİVUDDA - FOTOLAR

Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 24-05-2017, 21:27      

Xəbəri paylaş

Paylaş:   

Prizma