Xəbər lenti

 

Velosiped idmanının şosse növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reytinq xalları ilə əlamətar olub - idmançılarımız bu yarışlarda üst-üstə 33 xal əldə ediblər.

Bu barədə Ovqat.com-a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.

İtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci "Giro d'Italia Internazionale Femminile" 10 mərhələli Dünya Turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. 1-ci mərhələdə komanda ötüşməsində 7-ci olan Pavluxinanın qazancı 10 xal olub. 10 mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.

Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı bir günlük "Minsk Cup" yarışında isə ölkəmizin Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib - o 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.

Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar Azərbaycanın dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.




Ana səhifəyə qayıt        Baxış: 849          Tarix: 10-07-2017, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma