Xəbər lenti

"Bu il əmək bazarına 108500 gənc daxil olacaq"

"Hər il Azərbaycanın əmək bazarına 100 mindən çox gənc daxil olur. Proqnozlara əsasən 2017-ci ildə ölkənin əmək bazarına 108 min 500 gənc daxil olacaq".
Ovqat.com bildirir ki, APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, əmək bazarına daxil olan gənclərdən 69 mindən çoxu ali təhsilli, orta ixtisas və peşə təhsilli gənclərdir: "Əmək bazarına daxil olan insanların 39 min 500-ə yaxını tam orta təhsilli və aşağı təhsil səviyyəsinə malik olan gənclərdir. Onların əmək bazarında yerləşdirilməsi, mövcud iş yerləri ilə təmin olunması Azərbaycan prezidentinin daim diqqət mərkəzində olan çox vacib məsələlərdən biridir", - deyə o qeyd edib.

S.Müslümovun sözlərinə görə, ölkə üzrə işsizlik səviyyəsi 5% ətrafında olduğu halda, gənclərin 9%-i işsizdir: "Azərbaycanda gənc əhali ölkə əhalisinin təqribən 29%-ini təşkil edir. Bu, nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir"

 




Ana səhifəyə qayıt        Baxış: 1 085          Tarix: 2-05-2017, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma