
Xəbər lenti
Bu gün, 13:04
Bu gün, 12:26
Bu gün, 12:09
Bu gün, 11:30
Bu gün, 10:45
Dünən, 23:22
Dünən, 22:00
Dünən, 20:20
Dünən, 19:42
Dünən, 15:19
Dünən, 11:01
2-10-2025, 23:30
Bu il Tovuzda 50 hektar sahədə tütün becəriləcək. Artıq bitkinin əkininə start verilib.
Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, tütün əkini əsasən dağlıq və dağətəyi kəndlərdə həyata keçiriləcək. Ötən il 20 hektar ərazidə tütün becərən sahibkarlar şitilləri Zaqatala-Balakən zonasından gətiriblər. Bu il isə tütün şitilləri rayondakı istixanalarda yetişdirilib.
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün rayonda inkişafı qarşıya məqsəd qoyulub. Bitki düzgün aqrotexniki qulluq edilərsə, hektara yaşıl kütlə halında 25, quru halda isə 2 ton məhsul verir.
Qeyd edək ki, mayın sonunda ilk məhsul yığımı həyata keçiriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video