Xəbər lenti

Rusiya Türkiyədən mal idxalı ilə bağlı embarqonu aradan qaldırsa da, bu, pomidora aid edilməyib. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın son iki ildə 500 hektar ərazidə 600 mln. ABŞ dolları investisya qoymaqla istixanalar yaratmasıdır. 

Rusiya yaxın illərdə istixanaların sahəsini 1 500 hektara çatdırmağı planlaşdırır. Bununla da, rəsmi Moskva Ankara ilə münasibətlərdə yaranmış soyuqluqdan istifadə edərək kənd təsərrüfatı istehsalını stimullaşdırır və Türkiyədən pomidor asılılığını azaldır. 

Rusiyadakı soyuq hava şəraiti nəzərə alınarsa, 1 hektar istixanadan məhsul toplamaq üçün 2 MVt. elektrik enerjisi sərf etmək lazımdır. Daşınma ilə bağlı problemlər də nəzərə alınarsa, Rusiya pomidorunun 1 kiloqramı Türkiyə pomidoru ilə müqayisədə 3 dəfə baha - 63 rubla (təxminən 2 manata) başa gəlir. 

Qeyd edək ki, Rusiya istixanalarında yetişdirilən məhsulların 60%-i xiyar, 20%-i pomidor, 20%-i isə digər tərəvəzlərdir. Rusiya hökumətinin Türkiyəyə pomidor embarqosunun istixana biznesinə müsbət, inflyasiyaya isə mənfi təsir edəcəyi gözlənilir. 

 




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 9-06-2017, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma