Xəbər lenti

Cari ilin yanvar-may aylarında Ukraynaya xam neft və qaz kondensat idxalı ötən ilin analoji dövrünə nisbətdə pul ilə ifadədə 2,9 dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Ukrayna 2017-ci ilin ilk 5 ayı ərzində 123,2 milyon dollar məbləğində xam neft və qaz kondensat alıb.

Ölkənin əsas neft tədarükçüləri Azərbaycan (83,4%) və Qazaxıstan (12,6%) olub. Tədarükün 2,4 faizi Rusiyanın payına düşüb.

 




Ana səhifəyə qayıt        Baxış: 686          Tarix: 14-06-2017, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma