Xəbər lenti

Avropa İttifaqı (Aİ) "Brexit" prosesi ilə əlaqədar Böyük Britaniyanın klirinq palatalarına Avropaya köçməyi təklif edib. 

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu, Britaniya iqtisadiyyatına ciddi zərbə vura bilər. Belə ki, 2016-cı ildə Britaniyanın klirinq palatalarının ancaq faiz törəmə (derivative) alətləri üzrə əməliyyatların gündəlik həcmi 1,18 trln. ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, klirinq palataları alıcı ilə satıcı arasında xammal və törəmə maliyyə alətləri üzrə əməliyyatları həyata keçirərək tərəflərin ödəmə qabiliyyətində problem yarandıqda bu əməliyyatlara zəmanət verir. Bu biznes London üçün çox qiymətlidir. Klirinq palataları ölkəyə trilyonlarla vəsaitin cəlb edir. Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatına görə, Britaniya klirinq əməliyyatlarının həcminə görə ABŞ-dan sonra dünya ikincisidir.

Ölkədə açıqlanan statistik məlumata əsasən, Böyük Britaniya avro törəmə alətləri ilə bütün digər Aİ ölkələrinin cəmindən artıq həcmdə əməliyyat aparır.

 




Ana səhifəyə qayıt        Baxış: 745          Tarix: 14-06-2017, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma