Xəbər lenti
"Ölkədə siqaretlərin qiymətini artırmağa ehtiyac yoxdu".
Ovqat.com bildirir ki,bu sözləri Sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ucuz olmayan məhsulların o cümlədən siqaretlərin qiymətinin artırılması heç bir halda arzu olunan deyil. Sahibkar siqaretlərin qiymətini artıracaqsa bu sadecə suni qiymət artımı olacaq.Bu vəziyyət suni şəkildə siqaretlərin qiymətinin artırılması kimi xarakterizə olunacaq.
Vüqar Bayramov deyib ki, hazırda siqaret və spirtli içkilərin bahalaşması üçün zəmin yoxdur. Ölkədə xeyli sayda vətəndaş siqaret istifadəçisidir. Qiymətin qalxması iqtisadi baxımdan vətəndaşın gündəlik xərclərinin artmasına gətirib çıxaracaq. Qiymət artımları olacağı halda bu vətəndaşın əlavə xərcinin yaranması və bahalaşma olacağı deməkdir.
"Düşünmürəm ki, Nazirlər Kabinetinin son qərarı siqaretlərin və spirtli içkilərin qiymətində dəyişiklik yaratsın. Sahibkarlar qiymət artımına gedib getməməyi onların özləri qərar verir.
Təəssüf ki sahibkarlar dəyişikliklər zamanı qiymət artımına getməyə meyillidirlər. İndiki məqamda sahibkarların siqaret və spirtli içkilərin qiymət artımına getməyi arzuolunan deyil". -Ekspert bildirib.
Qeyd edək ki, Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda etdiyi dəyişiklikdən sonra cəmiyyətdə spirtliiçkilər və siqaretləri bahlaş.acağı haqda müxtəlif fikirlər yaranıb.
Qaydaya əsasən, Azərbaycanın gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. İndiyə qədər gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub.
Dəyişikliyə əsasən, bu sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikatı da tələb olunmayacaq. İndiyə qədər etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunub.



Ana səhifəyə qayıt        Baxış: 1 210          Tarix: 18-04-2017, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma