Xəbər lenti
Bu gün, 15:00
Bu gün, 13:09
Dünən, 23:30
Dünən, 22:51
Dünən, 21:00
Dünən, 10:05
17-11-2025, 22:46
17-11-2025, 21:06
17-11-2025, 20:23
17-11-2025, 19:39
17-11-2025, 18:10
17-11-2025, 17:30
Gürcüstan və Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) iyul ayında 250 mln. avro məbləğində yeni kredit sazişi imzalayacaq. Ovqat.com "Sputnik-Georgia" agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvili bildirib.
Onun sözlərinə görə, bu vəsait Şərq-Qərb sürətli avtomobil magistralının tikintisinin maliyyələşməsinə yönələcək.
Nazir əlavə edib ki, EIB 2016-cı ildə Gürcüstana yatırdığı investisiyaların həcmini ikiqat artıraraq 1 mlrd. avroya çatdırıb.
Qeyd edək ki, Şərq-Qərb sürətli avtomobil magistralı (E-60) Avropanın ikinci ən iri tranzit dəhlizi sayılır. Fransanın Brest şəhərindən başlanğıcını götürən dəhliz Qırğızıstanın İrkeştam şəhərinədək uzanır. Gürcüstan ərazisində E-60 magistralı Azərbaycan sərhədini Qara dəniz sahilində yerləşən Poti limanı ilə birləşdirir. Magistralın uzunluğu 392 km təşkil edir.
EIB-in regional ofisi 2015-ci ildən Tbilisidə fəaliyyət göstərir.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar