Xəbər lenti
 
“Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və trans-regional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub. Bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub”.
Ovqat.com APA-ya istinadən xəbər verir ki,bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışında deyib.
Nazir bildirib ki, strateji Bakı-Tbilisi-Qars layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryol xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq və Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək: “Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir. 2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstanı keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər.
Azərbaycan həmçinin digər önəmli layihənin, illik 25 milyon ton yük potensialı olan və Xəzər dənizində ən böyük və çoxməqsədli limanın-yeni Bakı Beynəlxalq Dəniz Limanınin (Ələt) tikintisinə başlayıb. Avropa, Rusiya və İranın dəmiryolları qovşağında və Bakı hava limanının yaxınlığında yerləşən Ələt limanı regional mərkəzə kəsintisiz əlaqə və hava yükdaşıması, həmçinin digər Xəzər dənizi limanlarına səmərəli dəmiryol çıxışı əldə etməyə imkan yaradacaq.
“TEN-T-in inkişafı” (Trans European Transport Network-TEN-T(Trans Avropa Nəqliyyat Şəbəkəsi)) üzrə keçən il Rotterdamda qəbul edilmiş Nazirlər Bəyanatı nəqliyyat dialoqunu irəlilətmək üçün dolğun platforma təqdim edir. Biz Şərq-Qərb dəhlizinin Azərbaycan hissəsi, yol və dəmiryol xətlərinin TEN-T mərkəzi şəbəkəsinə, həmçinin Şimal-Cənub dəhlizinin TNT-T hərtərəfli şəbəkələrinə daxil edilməsini alqışlayırıq.
Çini Avropa ilə birləşdirən Trans Xəzər Beynəlxalq Tranzit Xətti kimi regional layihələrə Mərkəzi Asiya dövlətləri və Türkiyə də daxil olmaqla, daha geniş iştirak nəzərdən keçirilməlidir. Bu həmçinin Avropa İttifaqının trans Avropa şəbəkələrinin daha sonra Şərqə genişləndirilməsi məqsədi daşıyan Avropa İttifaqının uzlaşma gündəliyinə də uyğun olacaq”



Ana səhifəyə qayıt        Baxış: 1 082          Tarix: 12-04-2017, 19:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma