Xəbər lenti

Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün təşkilatı Ermənistana təzyiq göstərməyə çağırıb.
AŞPA-da çıxış edən millət vəkili Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: 
"Çıxışıma Avropa Şurasının Baş Katibi cənab Yaqlanda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdiyi açıqlamalara görə təşəkkür edərək başlamaq istəyirəm. Amma təəssüf ki, Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, cənab Yaqlandın açıqlamalarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan dövləti Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov tutmaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti aylardır ki bu insanlara zülm edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər. Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik".//moderator.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 185          Tarix: 30-06-2017, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma