Xəbər lenti
ŞOK AÇIQLAMA: “Aslan İsmayılov erməni kəşfiyyatının pulu ilə oğluna toy edib”

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev maraqlı və qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb. CNNBaku xəbər verir ki, partiya sədri bir neçə gün öncə oğluna toy edən tanınmış hüquqşünas Aslan İsmayılovun bahalı toy etməsinə belə reaksiya verib.

“Bu toy erməni kəşfiyyatının pulu ilə həyata keçirilib. Məndə dəqiq informasiya var ki, həmin toyda ermənilər də iştirak edib. Hətta Azərbaycanımızın əleyhinə şok danışıqlar olub. Elə Cəmil Həsənlinin toyda dediyi tostun mətni hüquq mühafizə orqanlarını ciddi düşündürməlidir. Mən bir daha hüquq mühafizə orqanlarımıza müraciət edirəm! dövlətimizə qarşı uzanan xain əlləri görün və bir tədbir edin”- deyə partiya sədri qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 1 792          Tarix: 10-07-2017, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma