Xəbər lenti
"İcra başçısı ermənilərlə birgə Almaniyada klinika açıb"
Xatırlayırsınızsa bir həftə bundan öncə sizin sayta verdiyim açıqlamada bildirmişdim ki, yaxın zamanlarda Azərbaycanda səs-küylü həbs hadisəsi yaşana bilər. 
Ovqat.com xəbər verir ki, bunu moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, ölkəmizdə xəyanətkar məmurların işlərindən azad olunması, həbsi bundan sonra da davam edəcək:
“Eldar Mahmudov provakasiya ilə məşğul olurdu, məhkəmənin onun barəsində verdiyi qərar tam doğrudur. Eldar Mahmudovla yanaşı digər icra başçıları da həbs olunmalıdır. Bu gün həbsə getməli olan adamlardan biri də Gədəbəyin icra başçısıdır. O, ermənilərlə sıx təmas qurubdur, Gədəbəy camaatına qan uddurur. Mən bir neçə gün bundan öncə bu rayona səfər edərək bu şəxsin çirkin əməllərini öz gözlərimlə gördüm. Başqa bir icra başçısı da var onun adını çəkib hürkütmək istəmirəm, amma onu deyim ki, bu adam ermənilərlə birgə Almaniyada klinika açıb. Mən yaxın günlərdə bununla bağlı məlumatları xalqa və prezidentə çatdıracam. Sizə açıq deyim ki, həbslər bundan sonra da davam edəcək. Azərbaycan bankları çökür. Banklarla bağlı bir palata yaradıblar, onun başına da nənəsi erməni olan birini gətiriblər, bildiyimiz kimi uşaq dayısına çəkir. 
Xəyanətkarların hamısı cəzalanmalıdır. Ziya Məmmədovun bu günə qədər həbs olunmaması bu gün məndə çox təəssüf doğurur. Xəyanətkarların əllərində olan kapital qardaşım İlham Əliyevə qarşı olan koalisiyaya yönəlir. Vəkillər kollegiyasından qovulmuş biri bu gün Tiflisdə ölkəmizə qarşı qurulmuş koalisiyaya başçılıq edir. Milli Şuranın fəallaşmasının əsas səbəblərindən biri də budur. İcra başçıları ölkəni çapıb talayır, hesab edirəm ki, bununla bağlı təcili tədbir görülməlidir. Mən qardaşım İlham Əliyev üçün canımdan keçməyə belə hazıram. Mənə gələn ölüm təhdidlərini vecimə almadan qardaşımın arxasında sona qədər durub qudurğan məmurların hamısını bir-bir ifşa edəcəm”. 




Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 10-07-2017, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma