Xəbər lenti

  

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində tayfalararası toqquşma nəticəsində azı 22 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Son iki ildə Bağməlek şəhərinin iki qonşu kəndində yaşayan tayflar arasında dəfələrlə qarşıdurma yaşanıb, nəticədə çox sayda insan ölüb və yaralanıb. Ötən gün sözügedən iki tayfa Ramhormoz şəhərində qarşı-qarşıya gəliblər, silahlı qarşıdurma nəticəsində ən azı 22 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bağməlek və İzənin millət vəkili Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi məntəqə tamamilə dağıdılıb. Sakinlər yaşayış yerlərindən didərgin düşüblər. Millət vəkili hadisə ilə bağlı Daxili İşlər Nazirliyini təcili iclas keçirməyə çağırıb. Silahlı qarşıdurma zamanı 5 yaşayış evi, 3 mağaza və bir neçə avtomobil və motosikletin yandırıldığı bildirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb. (günaz.tv)

Ovqat.com-un bildirdiyinə görə, Bəsrə körfəzi sahillərində yerləşən Xuzistan İranın ən böyük neft bölgələrindən sayılır. Ölkənin məşhur neft şəhəri olan Abadan da bu əyalətə daxildir. 5 milyon yaxın əhalisi olan əyalətin əsas sakinləri ərəblərdir və onlar 56%-ə yaxın nüfusa sahibdirlər. Əyalətin ikinci çoxsaylı əhalisi farslardır ki, onların da sayı 30%-ə yaxındır. Üçüncü böyük milli qrup olan kürdlər Xuzistan əhalisinin 11-12%, Azərbaycan türkləri isə  sadəcə 2-3%-ni təşkil edir. 

Xüzistan həm də sünnilərin ən çox yaşadığı əyalətlərdən sayılır. Əyalət sakinlərinin, bəzi statistikalara görə, yarısı, bəzilərinə görə isə, yarısından çoxu sünnilərdir.

Qətər böhranıyla Yaxın Şərqdə ən ağır dövrünə qədəm qoyan məzhəb çəkişmələrinin gərginləşdiyi bir zamanda Xuzistanda etnik və ya tayfalararası zəmində münaqişənin başlaması ölkəni daxildən parçalama ssenarisinin tərkib hissəsi də ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 673          Tarix: 10-06-2017, 21:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma