Xəbər lenti
 
 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 15 aprel tarixli Sərəncamı ilə Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.
Ovqat.com Naxcivantv.az-a istinadla xəbər verir ki, aprelin 15-də "Şərq qapısı" qəzeti redaksiyasında bu münasibətlə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Mehriban Paşa qızı Sultanovanın “Şərq qapısı” qəzetinin baş redaktoru təyin edilməsi ilə bağlı 2017-ci il 15 aprel tarixli Sərəncamını kollektivin və tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ali Məclis Aparatının rəhbəri qeyd etmişdir ki, Mehriban Sultanova Naxçıvan mətbuatında öz imzası ilə tanınan jurnalistdir. O, Bakı Dövlət Universitetini bitirmiş, 1995-ci ildən Naxçıvan Dövlət Universitetində yaradıcı fəaliyyətini davam etdirmişdir. Bu təhsil ocağında mətbuat xidmətinin rəhbəri və Mətbuat şöbəsinin müdiri vəzifələrində səmərəli fəaliyyət göstərmiş, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının baş müəllimi kimi gənc jurnalist kadrların hazırlanmasında yaxından iştirak etmişdir. Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alan Mehriban Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi muxtar respublikada mətbuatın inkişafında yaxından iştirak etmişdir.
Əli Həsənov Mehriban Sultanovanın qazandığı təcrübənin “Şərq qapısı” qəzetinin gələcək fəaliyyətinin daha da səmərəli qurulmasında rol oynayacağını bildirmiş, yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir.
“Şərq qapısı” qəzetinin baş redaktor müavini Rauf Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov çıxış edərək bildirmişlər ki, “Şərq qapısı” qəzeti milli mətbuat tariximizdə ideoloji xəttinə görə böyük nüfuz qazanmış, burda istedadlı jurnalistlər nəsli yetişib formalaşmışdır. Ötən 20 ildə “Şərq qapısı” qəzetinin maddi-texniki bazasının gücləndirilməsi öz növbəsində yaradıcı işin də keyfiyyətinin yüksəldilməsi üçün əsas yaratmışdır.
Çıxış edənlər Mehriban Sultanovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona uğurlar arzulamışlar.
Mehriban Sultanova çıxış edərək göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmiş, ona göstərilən etimadı layiqincə doğruldacağına söz vermişdir.

 
 
Şəkildə: "Şərq qapısı"nın yeni Baş redakroru anası ilə.


Ana səhifəyə qayıt        Baxış: 1 361          Tarix: 15-04-2017, 18:45      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent