Xəbər lenti
 
“Avropanın ATƏT deyilən bir təşkilatı var. Özlərinə görə hesabat hazırlayırlar. Türkiyədəki seçkilər elə olmuş, belə olmuş. Əvvəl həddinizi bilin, həddinizi!”
Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ATƏT nümayəndələrinin 16 aprel referendumuyla bağlı hesabatını şərh edərkən deyib.
Qeyd edək ki, ATƏT üzvləri ilkin hesabat xarakterli çıxışlarında referendumun beynəlxalq standartlara cavab vermədiyini, tərəflərə bərabər təşviqat imkanlarının tanınmadığı bəyan etmişdi. Türkiyə prezidenti isə bu mövqeylə razılaşmır və o cür hesabatları tanımayacaqlarını bildirərək deyib:
 “Sizin açıqlayacağınız o siyasi hesabatları nə eşidirik, nə tanıyırıq. Siz onu külahımıza anladın (Türkiyə türkçəsində “inandırıcı deyil” mənasına gələn deyim). Türkiyə Qərbdə görülməyən ən demokratik seçkiləri keçirmişdir.



Ana səhifəyə qayıt        Baxış: 1 756          Tarix: 17-04-2017, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma