Xəbər lenti
 
 

ABŞ-ın düşüncə quruluşu “Council on Foreign Relations”ın Türkiyə mütəxəssisi Steven Kuk referendumda “Bəli” nəticəsinin çıxmasıyla birlikdə müasir Türkiyə tarixinin sona çatdığını deyib.
Ovqat.com xəbər verir ki, Kuk "Hüzur içində yat, Türkiyə, 1921-2017” sərlövhəli yazısında referendumun bu nəticəsini Atatürkün xəyal etdiyi müasirliyin əleyhdarlarının qələbəsi kimi qiymətləndirib: "Bu qələbənin təxmin edilən nəticəsi çevriliş cəhdindən bu yana həyata keçirilən təmizləmə əməliyyatlarının davam etməsi olacaq. Bütün bunlar Türkiyə siyasətini daha da qeyri-stabil vəziyyətə gətirəcək".
Kukun fikrincə, Ərdoğan yalnız referendumu qazanmadı, həm də ölkənin müasir tarixinin bir dövrünü tamamilə bağladı.
Bütün avtoritar liderlərin demokratik olmayan təcrübələrinə qanuni don geydirdiklərini və Ərdoğanın da belə bir örtüyə ehtiyac duyduğunu yazan müəllif Türkiyə liderinin özünü sultana bənzətdiyi qənaətindədir:
"Günün sonunda Ərdoğan ənənəvi avtoritar simasını başqa formayla əvəz etdi."



Ana səhifəyə qayıt        Baxış: 2 341          Tarix: 17-04-2017, 08:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma