Xəbər lenti

 

 

Naxçıvanda hərbi xidmətdən yenicə gələn Ələsgər Məmmədovun 4 yaşlı qızı zorlaması faktı rəsmi olaraq təsdiqlənib.

 

BAKU.WS-in məlumatına görə, Naxçıvan Daxili İşlər Nazirliyi milli.az-a sözügedən dəhşətli hadisənin baş verdiyi təsdiqlənib.

 

Qeyd olunub ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Xatırladaq ki, Naxçıvanda hərbi xidmətdən yenicə gələn gənc oğlan 4 yaşlı qızı zorlayıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Nəticədə, azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

 

Uşağın iniltisini eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Ötən gün azyaşlının həyatını itirdiyi bildirilir.

Ələsgər məmmədovu kənd camaatı cəzalandırıb. Belə ki, onun əlləri və ayaqları yandırılıb, oğlanın cinsiyyət orqanının kəsildiyi bildirilir.

 

Mənbənin bildirdiyinə görə, təcavüzə məruz qalan uşaq ailənin neçə ildən sonra doğulan yeganə övladı olub.

 

BAKU.WS




Ana səhifəyə qayıt        Baxış: 5 795          Tarix: 3-08-2017, 00:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma