Xəbər lenti

 

12 avqusta tarixdə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Ramiz Həsənov  tərəfindən həyatına sui-qəsd hazırlandığını bildirən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Daşqın Gülməmmədov təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Naziri, General-polkovnik Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi, General-leytenant Mədət Quliyevə rəsmi məktub göndərib. Bu barədə mətbuata UQTMŞ İnformasiya Departamentindən məlumat verilib.

Ovqat.com xəbər verir ki, Daşqın Glməmmədovun Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə ünvanlanmış məktubunda qeyd olunur:

 

   “Rəsmi şəkildə nəzərinizə çatdırıram ki, son günlər əldə etdiyim informasiyaları təsdiq edir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, 20 avqust 1961-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, həbsdə olan, ləğv edilmiş MTN-nin Generalı Akif Çovdarovun yaxın qohumu Ramiz Ayvaz oğlu Həsənov mənim fiziki cəhətdən məhv edilməyim üçün, mənə qarşı sui-qəsd hazırlatdırır. Artıq Borçalı əsilli ziyalıların arasında belə bir söhbət gəzir ki, Ramiz Həsənov məni güllə ilə vurdurmaq üçün Çeçenistandan killer belə gətizdirib. Hətta killer üçün 100.000 ABŞ dolları qonorar vəd edilib.

   Qeyd edim ki, Ramiz Həsənov və onun qardaşı hazırda Azərbaycan Respublikasının Tiflisdəki səfiri Dursun Həsənovu son zamanlar ciddi şəkildə tənqid etdiyim üçün bilməyirlər nə etsinlər. Məni şərlə, böhtanla həbs etdirməyə cəhd etdilər, təhqirlər yazdırdılar, hədələtdirdilər, amma heç bir şey edə bilmədilər. Ramiz Həsənov, Azərbaycan Respublikası hökümətinin üzvüdür, faktiki olaraq oliqarxdır, amma bu o demək deyil o əlindən gələni edə bilər, istədiyi adamı cəzalandıra bilər. 8 iyulda mənim həbsimi şifariş verib, məni 28 gün həsdə saxlatsa da, tam aydın oldu ki, Azərbaycan hüquqi dövlətdir, dərbəylik deyil və hər bir prosses dövlətin nəzarətindədir. Ramiz Həsnova həddini bildirdilər və o geri çəkildi. İndi isə məni susdurmaq üçün məni öldürülməyim üçün sui-qəsd planı hazırlatdırıb.

   Mən rəsmi şəkildə bəyan edirəm ki, mənə, mənim Azərbaycan və Gürcüstanda yaşayan yaxın qohumlarıma qarşı sui-qəsd, fiziki məhvetmə həyata keçirilsə, həbs provakasiyası işə salınsa, ən əsası mən fiziki cəhətdən məhv edilsəm bunun məsuliyyətini məhz 20 avqust 1961-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, həbsdə olan, ləğv edilmiş MTN-nin Generalı Akif Çovdarovun yaxın qohumu Ramiz Ayvaz oğlu Həsənov daşıyır.

  Mənim və qohumlarımın həyatı təhlükədədir. Bizim təhlükəsizliyimizin təmin edilməsi üçün tədbirlər görülməsini xahiş edirəm.”




Ana səhifəyə qayıt        Baxış: 1 962          Tarix: 13-08-2017, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma