Xəbər lenti

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev təcridxanalarda ölüm hallarının artmasına münasibət bildirib.

"Report"un məlumatına görə, general-leytenant məhkumların da insan olduğunu deyib: "Onlar da müəyyən şəraitdə yaşayırlar. Digər dövlətlərin intizam xidmətlərində ölüm faktları bundan az deyil. Bunlar adi bir haldır. Bu, xüsusi bir təzyiqlə əlaqəli deyil. Onlar məhkumdur, təcrid olunur, müəyyən səlahiyyətlər əllərindən alınır".

 




Ana səhifəyə qayıt        Baxış: 881          Tarix: 27-05-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma