Xəbər lenti

   Sabunçu rayonundakı Cahangir Cahangirov adına 4 nömrəli orta məktəbdə "Rus dili bayramı" adlı tədbir keçirilmişdir.

Tədbir Rus milli geyimində əlindəki tabaqda dəyirmi çörək və duz olan şagirdin gəlişi ilə başladı. Daha sonra Rus milli rəqsinin sədaları altında şagirdlər səhnəyə daxil oldular. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülarə Əliyevanın rus dilinin gözəlliyindən və əhəmiyyətindən bəhs edən Azərbaycan dilində yazılmış şeiri bədii qiraət edildi. "Qırmızı Papaq" xalq nağılı, "Kalinka" xalq rəqsi şagirdlər tərəfindən məharətlə ifa edildi.

 "Buratino və dostları" adlı xalq nağılı əsasında hazırlanmış səhnəcik alqışlarla qarşılandı. Böyük Rus şairi Puşkinin "Yevgeni Onegin" poeması əsasında hazırlanmış səhnəcik yəqin ki, xeyli müddət yaddan çıxmayacaq.

 Məktəbin şagirdlərindən Xədicə, İlkanə, Zeynəb, Eycan, Səma, Şəbnəm, Fatimə , Elvira və başqalarının ifa etdikləri rəqs və səhnəciklər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırıldı.

 Sonda yekun sözü ilə çıxış edən məktəbin direktoru Fəttanə   Rəhimova   tədbirin əhəmiyyətindən və onun hazırlanmasında  Könül müəllimənin , direktor müavini Rizvanə müəllimənin və rəsm müəllimi Tahir müəllimin xüsusi əməyi olduğunu vurğuladı.

Tədbir Rus xalq rəqsi ilə başa çatdı.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 102          Tarix: 25-05-2017, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma