Xəbər lenti
Diyarbəkirdəki partlayışın terror aktı olduğunu təsdiqləyən ilginc detallar

Dünən Diyarbəkirdə baş verən partlayışın ilginc detalları aydın olub. Terrorla mübarizədə bu təcrübənin bilinməsinin bizim hüquq-mühafizə orqanlarına da gərəkli ola biləcəyini nəzərə alıb irəli sürülən iddiaları oxucularla paylaşırıq.
Ovqat.com-un bildirdiyinə görə, 3 polis məmurunun ölümünə, bir neçəsinin yaralanmasına yol açan partlayış asayiş keçikçilərinə aid texnikaların təmir atelyesində baş verib. Partlayan maşın da elə polislərə məxsus suvuran texnika olub.
Diyarbəkir valiliyinin açıqlamasında partlayışın həmin texnikanın təmiri əsnasında baş verdiyi bildirilsə də, hadisənin detallarından bəhs edilmir. Detallar barədə məlumatlar isə sosial şəbəkələrdə müstəqil ekspertlər tərəfindən yayılıb.
Təhlükəsizlik mütəxəssisi Mete Yararın facebook səhifəsində yaydığı məlumatlara inansaq, asayiş texnikasının təmir olunduğu atelyenin yanında bir bina inşa edilirmiş. Arasındakı məsafə 15 metr olan həmin tikintidən atelyeyə lağım atılıb. Partlayış da elə bu lağımın atelyedəki ağzına qoyulmuş partlayıcı vasitəsilə törədilib.
Hələ ki, rəsmən təsdiqlənməyən iddia Mete Yararın paylaşdığı foto-şəkillərlə əyani şəkildə əsaslandırılır.
Fotoşəkillərdə açıldığı iddia edilən lağımın bir ucunun çıxdığı inşaatın zirzəmisindəki otağın divarlarına terror təşkilatı PKK ilə əlaqədar şuarların yazıldığı və içərisində torpaq olan torbaların üst-üstə qoyulduğu görülür. Mete Yarara görə, torbalara doldurulmuş bu torpaq lağımdan qazılıb.
Ölkə rəsmiləri paylaşılan fotoşəkillər və lağımla əlaqədar araşdırmanın davam etdiyini, daha sonra lazımi açıqlamanın veriləcəyini bildiriblər.
Foto-şəkilləri təqdim edirik:







Ana səhifəyə qayıt        Baxış: 1 007          Tarix: 12-04-2017, 08:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma