Xəbər lenti

 ABŞ hərbiçiləri Fars körfəzində hərbi təlimlər zamanı lazer silahından istifadə edərək pilotsuz uçan aparatı vurublar.

Axar.az xəbər verir ki, bu barədə CNN informasiya yayıb.

Telekanal əmindir ki, həmin silah dünyada ilk aktiv lazer silahıdır. Lazer silahının qiyməti 40 milyon dollar həcmində dəyərləndirilib. Silah ABŞ donanmasına məxsus “Ponce” adlı gəmidə yerləşdirilib.

Hərbi Dəniz qüvvələrinin kapitanı Kristofer Uell digər silahlarla müqayisədə lazer silahının hədəfi əhəmiyyətli dərəcədə daha dəqiq vura bildiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 18-07-2017, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma