Xəbər lenti

 Quranda kitablı peyğəmbər kimi təqdim edilən Musanın müdriklik öyrənmək üçün iki dənizin qovuşduğu yerə gəlməsi və burada Xızır adlı bir şəxsdən elm öyrənməsindən bəhs edilir. İki dənizin qovuşduğu bu müqəddəs yer bu gün üzərində gəzdiyimiz Azərbaycan torpağıdır və Həzrəti Musa ilə Xızırın qayıqla üzdüyü dəniz də - fikrimizcə, onun adını daşıyan - Xəzər dənizidir. 
Xızırın kimliyinə aid müxtəlif fikirlər var - Xızır Həzrəti İbrahimin zamanında Babildən köç etdiyinə, bəzilərinə görə Həzrəti Süleymanla eyni vaxtda yaşayıb. Türkiyədəki ələvi məzhəbli müsəlmanlar Xızırın Anadoluda yaşadığı, bir adının da Bəhruz olduğuna inanıırlar. Əsl həqiqət isə budur ki, Xızır nəbi (Şumer mənbələrində Kızır Nabu adlanır) m.ö. 3468-ci ilin may ayının 6-da anadan olub, öz vətəni Azərbaycanda yaşamaqdadır, Həzrəti Musa ondan elm alıb, onun zamanında yaşayıb və ona yoldaş olub. Makedoniyalı İskəndər onunla görüşüb. Həzrəti Adəmin dövründə həyatda olub, Adəmin dəfn mərasimində iştirak edib. Həzrəti Məhəmməd peyğəmbərlə görüşüb, Onun dəfnində iştirak edib, Həzrət Əli ilə görüşüb. Avropa və Asiyaya hakim olan Zülqərneynin qoşununun başçısı və onun xalası oğludur. Təbuk savaşında səhabələr ikindi namazını qıldıqdan sonra iki beyt eşidirlər. Fəqət şeiri deyəni görmədiklərindən Həzrəti Məhəmməd səhabələrinə “bu iki beyti söyləyən qardaşım Xızırdır. Sizə tərif deyir” söyləyir. Digər bir rəvayətdə Xızır və qardaşı İlyas birlikdə Həzrəti Məhəmmədin dəfninə gələrək Əhli-beytə başsağlığı verdiyi bildirilir. Xızır sözünün ərəb dilindəki "xadir" "xidr" "xadr" (“yaşıllıq”, rəvayətə görə Xızırın atdığı hər bir addımda torpaq yaşıllığa bürünür) kəlməsindən əmələ gəlməsi bildirilsə də, əslində bu ad aşağıda qeyd edəcəyimiz misradakı “xız” sözü ilə əlaqədardır. “Xız” (ən əski variantı “kız”-“qız”) od, atəş mənasını ifadə edir ki, əcdadlarımız xız istəyərkən yazın tezliklə gəlməsini və havaların istiləşməsini arzu etmişlər. “ır” isə “ər”-kişi sözündəndir və ümumilikdə ad Xız (od) gətirən kişi mənasındadır və fikrimizcə, Xəzər dənizi ilə Xızı rayonunun adı buradandır. Yeri gəlmişkən, Türkiyə türkcəsində bir “hız” sözü də var. Bu sözün digər mənalarından başqa, bir mənası da “sürət” deməkdir. Bizdə də “xizək” sözü var, yəqin ki, onunla qar üzərində getmək daha sürətli alındığı üçün “xizək” adı verilib. Hız və sürət deyəndə hardasa qısa vaxtda daha uzun məsafə getməkdən, qət etməkdən danışıldığı məlum olur. Yəni zamandan söz gedir. Qaynağa baxaq: “Hız Kelime Kökeni~ Fa χīz خيز 1. sıçrama, hamle, 2. fırla! (emir) < Fa χāstan, χīz- خاستن, خيز kalkmak, sıçramakTarihte En Eski Kaynak χīz "hamle" [ Meninski, Thesaurus (1680) ]"1. hamle, hücum, hiddet, şiddet, 2. sürat" [ Ahmet Vefik Paşa, Lugat-ı Osmani (1876) ]Kelime Kökeni Farsça χīz خيز "1. sıçrama, hamle, 2. fırla! (emir)" sözcüğünden alıntıdır. Farsça sözcük Farsça χāstan, χīz-خاستن, خيز "kalkmak, sıçramak" fiilinden türetilmiştir”. Xızırın sevgililərə kömək etməsi, insanları bir-birinə sevdirməsi də yalnız türk inancında mövcuddur. "Kitabi-Dədə Qorqud"da Xızır "Boz atlı Xızır" adlandırılır və dara düşən insanların imdadına çatan kimi göstərilir. Dastanda Xızır yaralı vəziyyətdə olan Dirsə xan oğlu Buğacın üstünə gəlir, yarasını sığallayıb deyir ki, bu yaradan sənə ölüm yoxdur: dərmanın ana südü, dağ çiçəyidir. “Aşıq Qərib” dastanında Qəribi Şahsənəmin toyunun sonuncu günü qanadlı ağ atının belinə alıb Tiflisə çatdıran da Xızır deyilmi? Xızır peyğəmbər təkcə fiziki yardım deyil, elmi-mənəvi zənginləşmədə də ciddi rol oynayır. Şeyx Nizaminin, Nəsiminin, Xətai və başqalarının əsərlərində onların Xızır peyğəmbərdən, həyat çeşməsindən bəhrələndiyi dönə-dönə qeyd edilmişdir. “Novruz bayramı ensiklopediyası”nda da bu mövzuya rast gəlirik. Kitabda göstərilir ki, İskəndər Zülqərneynin tapşırığı ilə dirilik suyu axtarmaq üçün qaranlıq dünyaya göndərilən iki qardaş ‒ Xızır və İlyas yolda bir-birindən aralı düşür və bir müddət sonra rastlaşan qardaşlar bir çeşmənin qırağında süfrə açıb yemək çıxarırlar. Qardaşlardan biri quru balığı təmizləmək üçün suya salıb çıxardıqda dirildiyini görür. Abi-həyatı tapdığını anlayan qardaşlar sudan içib ölməzlik qazanırlar. İskəndər isə onları tapa bilməyib zülmətdə qeyb olur. (Bax: 5, s.104) Qaynaqlara söykənərək demək olar ki, həzrəti Xızırın elmi digərlərindən daha fərqli olmaqla çox yüksəkdir. Bəlli olduğu kimi, Türküstan ellərində və digər torpaqlarda Xızır peyğəmbərlə əlaqəli məkanlar mövcuddur. Yurdumuzda olan və əsas sayılan Xızır Zində ziyarətgahından savayı peyğəmbərlə əlaqədar digər məkanları nəzərinizə çatdırırıq:
Suriya- Şam şəhərində Cami-Üməyyədə Həzrəti İsanın adı ilə bağlı ziyarətgaha yaxın, məscidin sol tərəfində Xızır ziyarətgahı yerləşir. Şamın yaxınlığında Trablusda başqa Xızır məkanı mövcuddur ki, Övliya Çələbiyə görə həmin yer Rical-i Ğaybın toplandığı yerdir. Çələbiyə görə, Sayda civarındakı Sarfael kəndində bəyaz bir qübbənin altında başqa bir ziyarətgah yerləşməkdədir. Yaqut Həməviyə görə, Şamla Hələb arasındakı Neyreb kəndində Xızır peyğəmbərin namaz qıldığı yer hesab edilən ziyarətgah mövcuddur. 
Livan- Çələbi Cebeli-Livan ətəklərində insanlar tərəfindən ziyarət edilən başqa bir müqəddəs məkanın olmasını bildirir.
Qüds- Əqsa məscidinin sol tərəfindəki qapı Xızır qapısı adlanır. Misir- Eyni şəkildə İskəndəriyyə qalasının sahil qapısının adı Babul Hadır (Xızır qapısı) adlanır. Ermenet yaxınlığındakı Sümeyref kəndində də başqa bir ziyarətgah vardır.Əlcəzair- Yaqut Həməvi Tlemsendə bir ziyarətgahdan bəhs edir və burada çökməkdə olan divarın Xızırın (ə) sayəsində düzəlməsini bildirir.
İraq- Bağdadda Xızır ziyarətgahı və məscidi vardır. Kufədə Məscid-i Sahlada başqa bir ziyarətgah yerləşir. Mosulda Müqəddəs Georgiyə aid olan Mar Behnam monastrı ətrafında Deyrul Hadır adlanan bir təkkə yerləşir. İran- Yaqut Həməviyə görə Bacervan şəhərinin ətrafında Xızır ziyarətgahı yerləşməkdədir, Aynul-Həyatın burada olduğunu bildirir. Kirmanşah yaxınlığındakı Kuh-i Perovda biri isti, digəri soyuq olan iki su qaynağının Xızırın məkanlarından olması ehtimal olunur. Qum şəhəri yaxınlığındakı Qorqabidəki xarabalığın Xızırın məzarı olması ehtimal olunur. Mərakeş- Fes şəhərindəkı Xızır ziyarətgahının xüsusi önəmi vardır. Xızıriyyə təriqətinin banisi İbnud Debbağın məhz burada bilavasitə Xızırdan təlimat alaraq təriqət yaratdığı qeyd olunur. Özbəkistan- Seyid Əli Rəis Xızır ziyarətgahının olmasını xəbər verir. Türkiyədə Xızır peyğəmbərin adı ilə əlaqədar çoxlu sayda ziyarətgahlar mövcuddur. Bunlar aşağıdakılardır: 
Bingöl- Övliya Çələbi buradakı göllərdən birinin Xızır, digərinin Aynul Həyat olduğunu bildirir. Kütahya- burada qalanın yaxınlığındakı bir təpə Hızırlıq adlanır. Çələbi burada Hızırlıq təkkəsinin yerləşdiyini bildirir. Sivas- Ulu Caminin içindəki sütunlardan biri Xızır dirəyi adı ilə tanınır və insanların müxtəlif xəstəliklərdən şəfa tapmaq üçün buraya gəlmələri bildirilir.
Amasiya- Çələbi burada Hızır-İlyas Təkkəsi olmasını bildirir, lakin başqa heç bir məlumat vermir. Sinop- Səyahətçi İbn Battuta Sinopa gələrkən sahildən dənizə girən burnun üstündə bir dağın yerləşdiyini bildirir və ora qalxmağın çətin olduğunu yazır. Ardınca səyyah rumların yaşadığı bir kənddə Xızırın adını daşıyan və rahiblərin yaşadığı bir monastrın olmasını və bir su qaynağının olmasını bildirir. İzmir- Piri Rəis Foçada üç ziyarətgahdan bəhs edir. Bunlardan biri Xızır-İlyas boğazı olub ki, bu da adını Xızır-İlyas adasından götürüb. Səyyah bu ada üzərindəki xarabalığa çevrilmiş bir binanın Xızır-İlyaslıq adlandığını qeyd edir. Binanın qədim bir kilsə olması ehtimal olunur. Merzifon- Burada bir təpə Xızırın adını daşıyır və vaxtilə bir ziyarətgahın və kəndin olması bildirilir. Ladik- Çələbi Samsuna bağlı olan bu qəsəbədə ziyarətgahın olmasını bildirir. Ədirnə- Çələbi burada iki ziyarətgahın olmasını bildirir. Biri, Təkiyyə-i Həzrəti Xızır Dədə Hünkar olub ki, rəvayətə görə, Osmanlıların əlinə keçməzdən qabaq Təkiyyəgahı Həzrəti Xızır imiş. Sonra, Hacı Bektaş xəlifələrindən Səfərşah Dədə və Xızır Dədə gəlib ərazidə özlərinə təkkə düzəldirlər. Çorum- Burada Xıdırlıq adlanan ərazi və məscid yerləşir. Mecitözü qəzası yaxınlığında yerləşən Elvançələbi kəndində Xızıra aid edilən bir ziyarətgah və bulaq vardır. XVI əsrdə Təkkəköy adlanan bu əraziyə gələn Busbecq dərvişlərin ona Xızırın atının ayaqlarını basdığı qaya və torpaqları göstərmələrini qeyd edir. 
Dənizli- Çələbi Çorumdakı kimi burada da Xıdırlıq Sultan ziyarətgahının olduğunu yazır. Afyonkarahisar- Çələbi burada da Xızırlıq dağı adlanan məkanda ziyarətgahın olmasını bildirir. Giresun- əraziyə yaxın qayalıqlar Xızır adlanır (Yapon mifologiyasında müdriklik tanrısı Xidziri adlanır). Zaman tanrısı Krodo - hər zaman “Balıq”üzərində təsvir edilir. Maraqlı məqamlardan biri də odur ki, nə üçün zaman tanrısı Krodo və Xıdır Elləz hər ikisi balıq üzərində təsvir edilib? Nə üçün Krodonun əlində zamanın simvolu olan çarx 8 guşəlidir? Osir\Ozir\Azər\Xızır \Xəzər... 
HIZIR - Deniz Karakurta görə: ”Hızır Peyğəmbər. HIDIR, KIDIR, HİZİR, HİZR Hızır Ata da deyilir. Çətin anlarında insanların yardımına çatan, başqalarının cildinə bürünə bilən, qeyri -adi özəllikləri olan ulu kişi və ya, bəzi görüşlərə görə bir peygəmbərdir. Bütün Ortadoğuda tanınan və dini mənşəyə malik obrazdır. Ölümsüzlüyü aradığı söylənir. Dua ettiyində və ya verdiği bir alma yeyildiyində sonsuz qadınların çocuğu olur. Müdriklik və hikmət sahibidir. İnsanlara yardımçı olan qutlu bir kişidir. Başı dərddə olan saf insanların yardımına gələr. Qurani Kərimdə adı geçməz. Peygəmbər olduğu da bilinməz, fəqət bu yöndə işarətlər olduğu söylənilir. Ölümsüzlük suyunu içtiyi üçün ölüb yenidən dirilə bilir. Geyimi yaşıldır. Bu təbiəti simvolizə edər. Havada dolaşır, su üstünde yeriyir. Ciliddən cilidə girə bilir. Təbiətdəki varlıqlara sözü geçir. İnsanlara göründüyündə, özünü tanıtmadığı müddətdə kimsə onun gerçək kimliyini bilməz. İnsanları sınaqdan geçirir, bəzən bir derviş, bəzən bir yoxsul qılığına bürünür. Ac olduğunu söylər, su istər; bu istəkləri xoş qarşılıq verənləri ödülləndirir, tam tərsinə onu qovub, xoşagəlməz söz söyləyənləri cezalandırır. Türk inanışına görə savaşlarda qurd cildinə girib öndərə görünər. Yaraları sağaldar, əlac edər, və ya təbiblik öyrədər. Bəzən kor olaraq təsvir edilər, amma onun gözə ehtiyacı yoxdur, çünkü o, qəlbinin gözüylə hər şeyi görür. Sümer mənşəli bir şəxs olduğu da iddia edilir. Sümerlərdəki “Hasısatra” ilə eyni obraz, şəxs olduğunu iddia edən araştırmaçılar vardır. Anadoluda adı əsasən qıtlık zamanında bir möcizə olarak, bolluq və bərəkət getirdiyi söylənən İlyas Peygəmbər ilə birliktdə anılır. Hıdır-Elləz \Hızır-İlyas qutlamalarının mənşəyi bu anlayışa dayanır. Anlam: Söz ərəb dilindədir. Bu dildəki “Hadra” – Yaşil kəlməsi ilə bağlantılıdır. Bir başqa görüşə görə isə Sümer mənşəli bir isimdir”.

Firəngiz Rüstəmova
həkim-araşdırmaçı 




Ana səhifəyə qayıt        Baxış: 2 393          Tarix: 18-07-2017, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma