Xəbər lenti

 

Dünən axşam saatlarında erməni silahlı qüvvələri mülki əhalini atəşə tutması nəticəsində azyaşlı tovuz sakini xəsarət alıb. 13 yaşlı Ramil Yusifov həyətdə gəzərkən atılan mərmilərdən biri onun yaxınlığına düşüb. Mərmidən ayrılan qəlpələr uşağın ayağına dəyib və ona xəsarət yetirib.

Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində azyaşlı yaralanıb.

Hadisə ötən gün axşam saatlarında Tovuzun düşmənlə üzbəüz olan Qaralar kəndində baş verib. 13 yaşlı Ramil Yusifov həyətdə gəzərkən erməni silahlı bölmələri kəndi atəşə tutub. Atılan mərmilərdən biri azyaşlının yaxınlığına düşüb. Mərmidən ayrılan qəlpələr uşağın ayağına dəyib və ona xəsarət yetirib.

Ramil Yusifov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. Vəziyyyəti orta-ağırdır.

Bir neçə gün əvvəl də ermənilər Qaralar kəndində mülki əhalini atəşə tutaraq onların əkin-biçin işləri ilə məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub.




Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 8-08-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma