Xəbər lenti




 Heydər Oğuz bu şeiri 2012-ci ilin dekabr ayında yazıb. Elə bil günümüzün əks-sədasıdır. İndi Prezident Administrasiyasının əməkdaşları zəbanə çəkirlər ki, Konstitusiyaya görə, Administrasiya ləğv oluna bilməz. Mıxı mismar edən Tanrı indi bütün bəlaların mərkəzi qərargahını dərbədər edib. Heydər Oğuz da bunu görüb. Zamanında… 
Xural.com Heydər Oğuzun bu şeirini dərc edir…
 
Vaxt-getmək vaxtıdır, haydı, xoşca qal,
Boş yerə zamanı itirmədən get!
Bu son fursətini, cənab kardinal,
Taleyin hökmünə ötürmədən get!
 
Get, artıq millətin qurtarsın canı,
Ağ gün salamlasın Azərbaycanı,
Çoxdan getməyinin gəlib zamanı,
Özünü tamamən bitirmədən get!
 
Bar verməz dincini itirən zəmi,
Əkənə bəxş edər boş yerə qəmi,
Bəşər Əsəd kimi, Qəzzafi kimi,
Millətə bir zərər yetirmədən get!
 
Əldə çox tutulan od əli yaxar,
Ləkədən arınar, o su ki axar,
Bir yerdə çox qalsa su belə qoxar,
Üfunət aləmi götürmədən get!
 
Səbrinin sonu var vətəndaşın da,
Hətta torpağın da, cansız daşın da,
Bu Yurd dikilmədən sənin qarşında,
Milləti günaha batırmadan get!
 
Heydərin sözünü atma yabana,
Umma ki, fələyin hökmü yubana,
Yurda acımırsan, acı yuvana,
Kimsəyə bir bəla gətirmədən get!
 
19 dekabr 2012-ci il
 
Xural.com



Ana səhifəyə qayıt        Baxış: 1 810          Tarix: 26-04-2017, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma