Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
ABŞ Dövlət Departamentinin sözçüsü Sin Spayser Suriyaya qarşı yeni hərbi əməliyyatlar keçirə biləcəklərinə eyham vurub.
Ovqat.com-un bildirdiyinə görə, o, dünən verdiyi mətbuat açıqlamasında bunu bıyan edərək, deyib:
"Əgər körpələrə kimyəvi silahla hücum olsa və günahsız insanlara qarşı qəlpələnən bombalardan istifadə edilsə, Prezidentdən (Donald Tramp) mütləq bir cavab görəcəksiniz".
Sin Spayserin bu açıqlamasında ən diqqəti çəkən məqam qəlpələnən bombaları da ABŞ-ın Suriya üçün cızdığı “qırmızı cizgilərə” aid etməsidir. Halbuki, indiyədək Bəşər Əsəd yalnız kimyəvi bombalara görə ittiham obyektinə çevrilirdi. Qəlpələnən bombaların da bu siyahiya aid edilməsi Suriya diktatorunun əl-qolunu xeyli bağlayacağı və ABŞ-ın hər an növbəti hücuma başlayacağı ehtimalını yaradır. Nədən ki, Bəşər Əsəd rejiminin müxaliflərinə qarşı ən çox istifadə etdiyi silahlardan biri də digər adı “varil bombaları” olan bu “ölüm bağlamaları”dır.
Bəs, qəlpələnən bombanın əsas özəlliyi nədir və Bəşər Əsəd rejimi niyə ona üstünlük verir?
Qəlpələnən bombaların Yaxın Şərqdə bitib-tükənmək bilməyən vətəndaş müharibələrində tərcih edilməsinin əsas səbəblərindən biri ucuz başa gəlməsidir. Müxtəlif partlayıcı və ya kimyəvi maddələrdən düzəldilən bu silahı 200-300 dollara da istehsal etmək olar. Təbii ki, müharibənin ağır maliyyə yükünü nəzərə alsaq, Bəşər Əsədin varil bombalarına niyə üstünlük verdiyini anlamaq çətin deyil.
Ucuz başa gəlməsinə baxmayaraq, bu bombaların öldürücülük qabiliyyəti çox yüksəkdir. Hətta bu xüsusiyyətinə görə ona “uçan ölüm” də deyirlər. Atılan hər bomba göydə qəlpənərək ətrafa yayıldığından geniş əraziləri öz hədəfləri arasına ala bilir. Hər qəlpə də özü-özlüyündə bir bombaya çevrilir və uçub üzərinə “qonduğu” canlını öldürür. Bəzən partlamayan qəlpələr döyüşlərin getmədiyi zamanlarda belə, onun üzərindən keçən mülki vətəndaşların, o cümlədən, gördüyünü incələməyi xoşlayan uşaqların da canını alır.
Məhz bu xüsusiyyətinə görə, həmin silahların tam hədəfindən danışmaq da mümkün deyil. Varil bombaları təyyarəvuran raketlərin mənzilindən uzaq məsafədən atıldığından hətta açıq havalarda belə dəqiq hədəfə yönəlmir, özünü taleyin ixtiyarına buraxıb külək əsən tərəfə uçur. Onu təhlükəli edən də elə bu “mürid”liyidir. Nədən ki, bu bombalardan indiyə qədər döyüşçülərdən çox, sivil vətəndaşların zərər gördüyü bilinir.
ABŞ-ın son açıqlamasıyla Suriyaya qadağan etdiyi bu bombalardan ötən əsrin əvvəllərindən istifadə edilməyə başlanılıb. Ondan ilk istifadə edən isə İsrail olub. 1948-ci ildə ərəb-yəhidi müharibəsi zamanı İsrail Hava Qüvvələri tərəfindən Saffuriyyə adlı qəsəbəyə atılan ilk varil bombası onlarla insanı yaralamış və öldürmüş, yüzlərlə heyvanı tələf etmişdi. İsrail bu gün də dünyanın ən sıx insan yaşadığı Qəzza zolağına vaxtaşırı bu bombalardan atır. Hansı ki, Fələstin torpaqlarını işğal edə-edə həmin insanları bir ovuc əraziyə sıxışdıran və sığışdıran da elə İsraildir. İnsanların sıx yaşadığı bölgələrdə isə mülki-hərbçi tanmayan varil bombaları daha təhlükəli nəticələr doğurur. İsrailin dostu olmaqdan qürurlanan Tramp isə Suriyaya çox gördüyü varil bombasını İsrailə qadağan etmir.
Əslində ABŞ-ın özü də bu ucuz və təhlükəli silahdan istifadə etmək sahəsində süddən çıxmış ağ qaşıq deyil. Tarixdə varil bombalarından ikinci dəfə istifadə edən tərəf elə ABŞ olub. 1968-ci ilin aprelində Vyetnam müharibəsində İnferno əməliyyatı zamanı Amerika Birləşmiş Ştatları Ho Shi Minh meşəsində gizlənmiş partizanları kənara çıxarmaq üçün gözyaşardıcı qaz yüklənmiş varil bombalarından istidafə edib.
Sözsüz ki, qəlpələnən bombalardan hazırda ən çox istifadə edən Suriya rejimidir. 2011-ci ildən bu yana Bəşər Əsədin öz xalqının başına yağdırdığı qəlpələnən bombalar minlərlə mülki vətəndaşın ölümünə səbəb olmuşdur. Amma görünən budur ki, indi həmin silahların “qırmızı cizgilərə” salınması günahsız insanların taleyini düşünməkdən yox, Suriyaya hərbi müdaxilə etmək üçün bəhanə axtarışından qaynaqlanır.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar