
Xəbər lenti
Bu gün, 13:13
Bu gün, 11:24
Dünən, 23:55
Dünən, 21:18
Dünən, 18:46
Dünən, 18:19
Dünən, 17:18
Dünən, 15:27
Dünən, 13:41
Dünən, 12:26
Dünən, 11:49
Dünən, 09:57
21-02-2025, 22:58
21-02-2025, 21:30
21-02-2025, 20:27

Xural.com Heydər Oğuzun bu şeirini dərc edir…
Vaxt-getmək vaxtıdır, haydı, xoşca qal,
Boş yerə zamanı itirmədən get!
Bu son fursətini, cənab kardinal,
Taleyin hökmünə ötürmədən get!
Get, artıq millətin qurtarsın canı,
Ağ gün salamlasın Azərbaycanı,
Çoxdan getməyinin gəlib zamanı,
Özünü tamamən bitirmədən get!
Bar verməz dincini itirən zəmi,
Əkənə bəxş edər boş yerə qəmi,
Bəşər Əsəd kimi, Qəzzafi kimi,
Millətə bir zərər yetirmədən get!
Əldə çox tutulan od əli yaxar,
Ləkədən arınar, o su ki axar,
Bir yerdə çox qalsa su belə qoxar,
Üfunət aləmi götürmədən get!
Səbrinin sonu var vətəndaşın da,
Hətta torpağın da, cansız daşın da,
Bu Yurd dikilmədən sənin qarşında,
Milləti günaha batırmadan get!
Heydərin sözünü atma yabana,
Umma ki, fələyin hökmü yubana,
Yurda acımırsan, acı yuvana,
Kimsəyə bir bəla gətirmədən get!
19 dekabr 2012-ci il
Xural.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər