Xəbər lenti

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkə vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib.

Ovqat.com  DGK-ya istinadən xəbər verir ki, baxış zamanı, qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkar edilib.

Xatırladaq ki, buprenorfin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II siyahısına, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına, tramadol isə "Güclü təsir edən maddələr"in siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 22-05-2017, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma