Xəbər lenti
20-10-2018, 21:53

Ötən gün düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Sultan Şahvələdov bu il fevral ayının 9-da Murovdağda qar uçqununa düşən 3 əsgərin həyatını xilas edib.
Bu barədə Azvision.az-a Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.
“Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi”.
Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.
Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 439          Tarix: 17-06-2017, 16:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent