Xəbər lenti

 

Şirvanda 1,5 yaşlı uşaq zəhərlənmədən ölüb.

Ovqat.com xəbər verir ki, Ağayev Tunar Məhəmməd oğlu zəhərlənmədən evdə müalicə olunan zaman halı pisləşib.

Şirvan şəhər xəstəxanasına çatdırılarkən körpə uşaq yolda dünyasını dəyişib. Uşağın hansı səbəbdən dünyasını dəyişməsini aydınlaşdırmaq üçün meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzində müayinə olunub. Yalnız ekspertizanın nəticəsindən sonra körpənin zəhərlənmədən və yaxud səhv müalicədən dünyasını dəyişdiyi aydınlaşacaq.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 7-07-2017, 19:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma