Xəbər lenti

 

Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu gün gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlkiram Həmid oğlu Mahmudovun  iş otağında halı qəflətən pisləşib.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini anladaraq təcili müalicə olunmasını tövsiyə ediblər.  Ə. Mahmudov həkimin nəzarəti ilə  Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında  dünyasını dəyişib. 
İlkin məlumata görə, mərhumun ölümünə səbəb ürəyində yaranan problem olub. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında da Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova həkimlər xəstəliyin ciddiliyini anladaraq təcili olaraq müalicə almasını tövsiyə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 20-06-2017, 00:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma