Xəbər lenti
  Azərbaycanın hərbi- potensialı” mövzusunda praktiki məşğələ keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Modern.az-a verilən məlumata görə, tədbir Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq təşkil olunub.
“Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələdə dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib. Onlar hərbi təyinatlı məhsulların istehsalı prosesi və hazır məhsullarla tanış olublar.
 
Praktiki məşğələdə müasir müharibələrdə yüksək texnologiyalı silahların rolu vurğulanaraq qeyd olunub ki, ötən ilin aprel döyüşlərində Ordumuzun düşmən üzərində əldə etdiyi qələbə müdafiə sənayemizin bu cür silahların istehsalı sahəsindəki nailiyyətlərini nümayiş etdirib.
 



Ana səhifəyə qayıt        Baxış: 1 133          Tarix: 14-04-2017, 22:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma