Xəbər lenti

Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq.

Moderator.az-ın məlumatına görə, bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində məlumat verib.
Vəkil qeyd edib ki, Avropa Məhkəməsi Firuzə Əsgərova və Albina Veselyova Ermənistana qarşı iş üzrə kommunikasiya başlayıb: “Bunlar 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır. Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələndirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunu pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhədkeçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı-seçkiliyə məruz qalma) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı Ermənistan hökumətinə suallar ünvanlayıb”.
Vəkil qeyd edib ki, ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir. F.Namazlı bildirib ki, məhkəmə həmçinin hökumətdən Dilqəm və Şahbazın sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini tələb edib.



Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 1-08-2017, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma