Xəbər lenti

 Hindistanlılar meymun ovunda (bilmirəm, onlar bunu bu heyvanı yemək üçün, ya zooparklara satmaq üçün edir) balqabaqdan orijinal tərzdə istifadə edirlər. Böyük balqabağın gövdəsində meymunun biləyi enində deşik açıb, ona bir az düyü tökür və gizlənirlər. İtigözlü meymun ağacdan tez enir, balqabağa doğru atılır və pəncəsini deşiyə salır. Orada yeməli şey olduğunu anlayıb, ovucunu o ki var doldurur.

Sıxılmış yumruq artıq deşikdən geri çıxmır, və meymun, balqabağı sürüyərək, üç pəncəsi üstə qaçmağa cəhd edir. Hətta, insanlar pusqudan çıxıb ona yaxınlaşanda da, xəsis meymun tələyə düşmüş yumruğunu açmır və ovçular meymunu asanlıqla tutur...

Qarabağ da Ermənistan üçün bir “balqabağ tələsinə” çevrilib – öz “balalaykalı Patronu” vasitəsilə aldığı torpaqlarımızı sıxıb ovucunda saxlayır, amma bunun nəticəsində əhalisini demoqrafik və sosial-iqtisadi uçuruma aparır. Bu da cəhənnəm, Cənubi Qafqazın vahid iqtisadi məkan kimi formalaşmasını və deməli, öz inkişafını da mümkünsüz edir.

Allah sənə ağıl versin, xəsis və kütbeyin heyvan...

Əlikamal Həsənzadə




Ana səhifəyə qayıt        Baxış: 2 118          Tarix: 13-08-2017, 07:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma