Xəbər lenti

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Barselonada istirahət zamanı yerli delikates sayılan, donuz ətindən hazırlanan xamonu alan zaman diqqət çəkib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, fotoşəkli özünün “İnstagram” səhifəsində Dmitri Peskovun qızı Yelizaveta Peskova yerləşdirib. Rusiyaya gətirilməsi sanksiyalarla qadağan edilmiş təamın alışı zamanı Peskovun şəklini qızı tez-tələsik səhifəsindən silsə də, bəziləri onu kompüterlərinin yaddaşına verməyə imkan tapıblar.

Hazırda Liza Peskovanın səhifəsində atası ilə birlikdə İspaniya tətili şəkilləri qalsa da, xamonlu fotoşəkil gözə dəymir.




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 6-05-2017, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma