Xəbər lenti

 

Çinin şimal-şərqində yerləşən Sincan Uyğur bölgəsində aparılan qazıntılar zamanı tapılan sklet hər kəsi şoka salıb.

Çinin Nancing Paleontologiya və Geologiya İnstitutu mütəxəssisləri tərəfindən aparılan araşdırmalarda uzunluğu 10 santimetrə yaxın təkqanadlı cırcırama skleti tapılıb.

Normalda qanadlarının uzunluğu 3-9 sm arasında olan böcəklərin uzunömürlü olmadıqlarını deyən alimlər skleti incələdikdən sonra onun 200 milyon il əvvəl yaşadığı qənaətinə gəliblər.

Tədqiqatçılardan biri Cıng Daranın sözlərinə görə, cırcırama qalıqlarını mühafizə etmək çətin olsa da, Sincan ərazisində aşkarlanan skelet çox yaxşı vəziyyətinin qalıb.

Həmin skeletin Trias dövründə yaşadığı qeyd olunub.

Aparılan arxeoloji qazıntılar nəticəsində, dünyada tapılan ən böyük cırcırama qurdunun qanadlarının uzunluğu 71 santimetrə yaxın olub. Onun 280 milyon il əvvəl Perm dövründə yaşadığı güman edilir.

Könül Cəfərli /Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 17-06-2017, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma