Xəbər lenti
 

Hz. Musa (ə.s) kəndbəkənd, şəhərbəşəhər gəzib insanlara Allahın dinini öyrədərkən, bir gün yolu Allahın cəza olaraq bütün camaatını yandırdığı bir kəndə düşdü və:
-"Ey Rəbbim! bu kənddə yaşayanlar arasında uşaqlar, günahsız kəslər və heyvanlar da vardı. Yalnız günahkarları cəzalandıra biləcək ikən, belə etməyib bütün kəndi cəzalandırmısan. Sən hər şeyi doğru bildiyin kimi edənsən və sənin işlərinə də bizim ağlımız yetməz, buna olan inancım tamdır. Lakin mən maraqlandım; günahkarlarla birlikdə günahsız insanları nə üçün yandırdın?" deyərək, vaxt itirmədən  yoluna davam etdi.
Bir müddət sonra həm  yemək, həm də yol yorğunluğunu bir az olsun üzərindən atmaq üçün bir ağacın altında oturdu. Ağadan bir  az kənarda böyük bir qarışqa yuvası vardı. Qarışqalar dayanmadan çalışırdı. Bu qarışqalardan bir dənəsi gəlib istirahət etməkdə olan Hz. Musa (ə.s)-nı dişlədi. Musa (ə.s) qarışqaya hirsləndi və yerdəki qurumuş odunlardan birini odla alovlandırıb,  bütün qarışqa yuvasını atəşə verdi. Bütün qarışqalar yanaraq öldü. Musa (ə.s)nın  dini hökmləri arasında qarışqa yandırmaq günah sayılmırdı. Bunun üzərindən Allah belə səsləndi:
-"Ey Musa! Səni yalnız bir tək qarışqa dişləmişkən, sən bütün qarışqa yuvasını atəşə verdin. Bir qarışqa üzündən böyük qarışqa yuvasını yandırıb yox etdin, eləmi?"
Hz. Musa (ə.s.) səhvini başa düşüb dedi:
-Günahkarlarla birlikdə olanlar  özləri günahsız olsalar dəxi eyni cəzaya uğrayarlar. Ancaq Allah hesab günündə onları bir-birindən ayırar, hər birini layiq olduğu yerə göndərər.
Allah hər kəsi etdiyi əməllərə görə qiymətləndirər.
 
 

 
 


Ana səhifəyə qayıt        Baxış: 1 761          Tarix: 3-04-2017, 09:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma