Xəbər lenti

 

Özü Kanada vətəndaşı olmasına baxmayaraq, kamançada Azərbaycan mahnılarını ifa edir. Bundan əlavə, Azərbaycan dilində mahnı oxumağı da öyrənib. 8 ildir ki, Azərbaycanda yaşayan Kalin Makdonelin milli musiqimizə və dilimizə olan marağı görənləri heyrətləndirir. "Xəzər Xəbər" həmin qadının evində qonaq olub.

Kamançada Azərbaycanın himnini ifa edir. "Durnalar" mahnısını Azərbaycan dilində oxuyur.

8 ildir Azərbaycanda yaşayan 53 yaşlı kanadalı Kalin Makdonelin milli musiqimizə olan həvəsi görənləri heyrətləndirir... O, artıq fikirlərini də Azərbaycan dilində tam sərbəst ifadə etməyi bacarır...

Xanım Kalinin Azərbaycan musiqinə marağının yaranmasının da maraqlı tarixçəsi var.

Özü məktəblərdən birində ingilis dili müəllimi olaraq çalışsa da, boş vaxtlarının çoxunu Azərbaycan mahnılarını kamançada ifa etmək və oxumaqla keçirir.

Kalin Makdonel Azərbaycanın xalq mahnısı olan "sarı gəlini" də elə ifa edir ki, heç də peşəkar kamança çalanların ifasından geri qalmır.

Onun Azərbaycan mahnıları ilə bağlı xüsusi planı da var. Kalinə kamançada mahnı ifa etməyi öyrədən Elnur Salahov kanadalı qadının milli musiqimizə olan böyük marağının qürurverici olduğunu deyir.

Kalin Azərbaycan dilində daha çox mahnı ifa etməyi öyrənəcəyini və gələcəkdə hansı ölkəyə getsə, milli musiqimizi orda tanıdacağını deyir.




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 25-06-2017, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma