Xəbər lenti

 

Tez-tez iş yerini dəyişən tanınmış həkim Rafik Dəmirçalov yenidən Leyla Şıxlinskayanın klinikasına baş həkim təyin olunub. Bu barədə o, öz “Feysbuk” səhifəsində yazıb. Son günlər Rafik Dəmirçalovun sosial şəbəkələrdə olan səhifəsində rəhbər təyin edildiyi klinikada edilən cərrahiyyə əməliyyatları və başqa tibbi xidmətlərə endirim edilməsi, hətta kredit təklifilə  bağlı reklam xarakterli mətnlər paylaşılır.  Baş həkimin  paylaşımlarından sitat:

” Qayıdan kimi bütün əməliyyatlara 50% endirim etdim və kredit imkanları yaratdım. Özümün etdiyim bu əməliyyatları indi ucuz və kreditlə edə bilərsiniz”.

Baş həkimin kreditlə bağlı verdiyi elanın sırasında sünnət əməliyyatı da var. Dəmirçalov qiyməti 100 manat olan sünnətlə bağlı ödəməni  6 ay kreditlə təklif edir. 

SƏBUHİ /Azinforum.az/

 

 




Ana səhifəyə qayıt        Baxış: 943          Tarix: 26-06-2017, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma