
Xəbər lenti
Bu gün, 13:04
Bu gün, 12:26
Bu gün, 12:09
Bu gün, 11:30
Bu gün, 10:45
Dünən, 23:22
Dünən, 22:00
Dünən, 20:20
Dünən, 19:42
Dünən, 15:19
Dünən, 11:01
2-10-2025, 23:30

Pentaqon beşinci nəsil döyüş təyyarələri olan F-35-lərini Avropada yerləşdirmək istəyir.
Ovqat.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi dünən yaydığı məlumatda qeyd edib.
"Avropa Zəmanət Təşəbbüsü" çərçivəsində “yaşlı qitə”yə 10-a qədər F-35 təyyarəsinin yerləşdirilməsi nəzərdə tutulur. ABŞ yetkililəri bunun təlim məqsədli olduğunu bildirsələr də, son zamanlar supergücün Avropada hərbi qüdrətini möhkəmləndirməsi Rusiyanı ciddi narahat edir.
Qeyd edək ki, ABŞ-ın F-35 qırıcı təyyarələrinin 3 seriyası var: A, B, C seriyaları. Bu çoxfunksiyalı təyyarələrin A seriyası qurudakı hərbi hava limanlarına eniş-qalxış üçün layihələndirilib. B seriyası isə təyyarə gəmilərindəki kimi qısa aerodromlarda fəaliyyət göstərməyə yararlıdır. C versiyası da dəniz üzərindəki hərbi əməliyyatlarda yüksək gözəgörünməzlik qabiliyyətilə seçilir.
Aralarında qardaş Türkiyənin də olduğu 9 ölkənin ortaq konsorsiumu tərəfindən istehsal olunan F-35 döyüş təyyarələrinin 2018-ci ilə qədər NATO dövlətlərə təslim edilməsi gözlənilir. Türkiyə bu təyyarələrdən 107 ədəd almaq niyyətindədir. Onun sifariş etdiyi F-35-lərdən ilk ikisinin 2017-ci ildə Ankaraya təhvil verilməsi gözlənilir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video