Xəbər lenti
 
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-yə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyi “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsini elan edir.
Ovqat.com məlumatına görə, İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir.
İştirakçılara xarici dillərin öyrədilməsi, layihə yazmaq qaydalarının öyrədilməsi, kompüter proqramlarının öyrədilməsi məqsədilə kursların təşkil edilməsi nəzərdə tutulub.
Dörd ay davam edəcək layihə çərçivəsində iştirakçıların məşğulluq problemlərinin həllinə dair işlərin görülməsi, mövcud imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, təhsil problemlərinin həll olunması yönündə işlərinin görülməsi nəzərdə tutulur.



Ana səhifəyə qayıt        Baxış: 832          Tarix: 17-04-2017, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma