Xəbər lenti

 Şəmkirdə kütləvi zəhərlənmə olub.

 APA-nın verdiyi məlumata görə, bu gün təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdiriliblər.

 Onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb. Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilində olan restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss ediblər. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir. Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub.




Ana səhifəyə qayıt        Baxış: 358          Tarix: 23-07-2017, 22:10      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent