Xəbər lenti
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  bu qurumun məlumatlarından istifadə barədə qeyri-adi fikir səsləndirib.
Onun sözlərinə görə, gələn ildən Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən materiallardan istifadə edənlər buna görə ödəniş ödəməli olacaqlar.
“Bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər. Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.
Maraqlıdır, qurum rəhbərinin bu cür fikirlər səsləndirməsi nə deməkdir? Belə bir halın baş verməsi KİV-in məlumat ötürməsini nə dərəcədə əngəlləyəcək? Ümumiyyətlə, bu nə dərəcədə doğru addım ola bilər? Axı Dövlət İmtahan Mərkəzinin məlumatlarından istifadə edənlər arasında jurnalistlər də az deyil.

Modern.az saytı mövzu ilə bağlı jurnalistlərin mövqeyini öyrənməyə çalışıb.

“Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy detalları dəqiq bilmədiyini desə də, belə halın baş verməsinə təəssüflə yanaşdığını söyləyib.

“Uzun illərdir TQDK-nı, onun rəhbərliyini nümunəvi qurum və səlahiyyətli şəxslər sırasında fərqləndirmişik. Qurumun adının dəyişdirilməsindən sonra müşahidə olunanlar isə narahatlıq yaradır. Tələbə qəbulu müqəddəs bir sahədir, gəncliyimizlə işləyir. Bu mənada imtahan öncəsi hansısa abituriyentdən müəyyən məbləğdə ödəniş edilməsi tələbindən tutmuş, elektron səhifədəki informasiyalara qədər vəsait tələbinin qoyulması doğru deyil. Biz dövlət və millət olaraq sabahımıza yatırım qoymağı hədəfləmişiksə, belə xırda "dəftərxana xərcləri" bizləri məşğul etməməlidir. Yeniyetmələrimiz bu gün imtahan hazırlığındansa, belə ödənişlər haqda düşünür, yaxud müzakirələr aparırsa, deməli, işlərin təkmiləşdirilməsinə ehtiyac var. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, qarşıda duran əsas məsələ insan kapitalına nail olmaqdır. Məncə, tələbə qəbuluna məsul olan sahənin rəhbərliyi də daha çox prezidentin qarşıya qoyduğu ali məqsədə-insan kapitalına hədəflənən layihələrlə çıxış etməlidir, nəinki qurum üçün kiçik görünən, ancaq imkansız, savadlı, intellektli abituriyent üçünsə böyük görünən xərcləri qabartmaqla.
Media isə bu prosesdə vətəndaşlara yardım edən qurumdur. Hansısa media orqanı indiyədək 700 bal toplayan tələbənin uğurunu, yaxud tələbə qəbulu elanlarını, imtahan nəticələrini oxucusuna pulla satıb ki, indi onu ödənişlə alsın?!. Hesab edirəm ki, hörmətli Məleykə xanım bu məsələni bir daha nəzərdən keçirib, daha optimal qərar verəcək. Azərbaycan elə kasıb ölkə deyil ki, tələbə qəbulundan da hansısa xırda məbləğlərə ehtiyac duysun. Məncə, yeni yaradılan bu qurumun doğrudan da maliyyə problemi varsa, bu haqda müvafiq təşkilatlara müraciət edilməsi, maliyyə dəstəyinin verilməsi daha doğru addım olar. Fikrimcə, ölkə rəhbərliyi də buna etiraz etməz”.
 
APA  Holdinq-in müxbiri Aqşin Rafiqoğlu DİM rəhbərinin bu cür ifadə işlətməsini bu qurumun publik şəxs elan olunması ilə əlaqələndirib.

“DİM publik şəxs elan olunandan sonra onlar məcburdular ki, belə etsinlər. Mərkəzə pul cəlb etmək üçün buna gedirlər. Təbii ki, bu, adi vətəndaş üçün qaneedici deyil. Düşünürəm ki, dövlət DİM- i publik qurum statusundan çıxarmalıdır.  Çünki mövzu çox aktual və önəmlidir. Əslində bu, təhsilə olan marağı daha da öldürür. Maddi imkanı zəif olanları təhsildən uzaq salır. “Oxutmuram, əl çəkin” fikirləri burdan başlayır. Pul verib proqramları alan,  imtahana gedən və sonda imtahanlardan kəsilən tələbənin durumunun necə olacağını düşünmək lazımdır. Bir az valideyn basqısı ilə üzləşən uşaq intihara meyilli olur. Ona görə də bütün böyük bəlalar bu tip xırda məsələlərdən irəli gəlir. Dövlət büdcəsinin gəlir yerləri azalanda güc vətəndaşın üzərinə düşür. Cərimələr artır, vətəndaşın əlavə xərcləri çoxalır. Düşünürəm ki, dövlət təhsillə bağlı məsələlərdə vətəndaşı əlavə xərclərdən azad etməlidir”.
 
Radio Antenn 101FM-in  xəbər aparıcısı Əzizə İsmayılova isəbunu normal addım kimi qəbul etdiyini deyir.

“Zənnimcə, bu, çox normal addımdır. Birincisi, DİM öz-özünü maliyyələşdirməli olan bir qurumdur. Bu da o deməkdir ki, pulsuz iş görmək artıq mümkün deyil. İkincisi, ortada bəlli bir beyin məhsulu var və dünyanın heç yerində bu, pulsuz deyil. Üçüncüsü, əgər, kimsə oxumaq istəyirsə və kiməsə nəsə lazımdırsa deməli pulunu verməlidir. Bu, iqtisadi durumun tələbidir. Çox doğru və lazımi addımdır”.

“Cümhuriyyət” qəzetinin müxbiri Alçina Bəşirli Məleykə Abbaszadənin fikirlərini heç cür qəbul edə bilmədiyini bildirib.

“Dövlət İmtahan Mərkəzi rəhbərinin bu açıqlaması yalnız və yalnız öz büdcəsini doldurmaq məqsədi daşıyır. Aydındır ki, bu qurum publik şəxsdir və özünü hansısa formada təmin etməlidir. Amma bu o demək deyil ki, qurum hər ağıla gələn variant düşünməklə yükü vətəndaşın üzərinə atmalıdır. Bu addım sadəcə ən ucuz variantın ilkin formasıdır. Dövlət İmtahan Mərkəzi heç bir xidmət haqqı almadan statistik, analitik, maarifləndirici və məlumatlandırıcı informasiyalar verməyə borcludur. Məlumat azadlığı və informasiya əldə etmək haqqında qanunların tələbinə görə onlar ay, il ərzində gördükləri iş və göstərdikləri fəaliyyət haqqında statistik göstəricilərini ictimaiyyətə təqdim etməlidirlər. Son vaxtlar bu qurumun səriştəsiz fəaliyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yarıtmaz siyasətinin davamıdı”.

Teleqraf.com saytının müxbiri İlhamə Əbülfət də imtahanlarla bağlı məlumatların saytlarda pullu getməsinin əleyhinədir.

“Bu il imtahanlarla bağlı məsələlərin DİM tərəfindən pullu edilməsini başa düşdük. Bu o demək deyil ki,  biz məlumat əldə etmək, imtahanlarla, abituriyentlərin sayı ilə bağlı  statistik rəqəmlər öyrənmək   istəyiriksə, bunu ödənişli əsaslarla etməliyik. Heç də belə deyil. Dövlət qurumu olaraq, DİM il ərzində gördüyü iş barədə məlumat verməlidir. Eyni zamanda, imtahanlar öncəsi və sonrası şagirdlərin ümumi sayı, nə qədər abituriyentin sənəd verməsi, kəsilməsi halları mütəmadi olaraq açıqlanmalıdır.  Bunları da ödənişli əsaslarla həyata keçirəcəyiksə,  bu heç doğru olmayacaq. Onsuz da, bu il qəbul imtahanlarını pullu əsaslarla həyata keçiriblər. Saytlarda ödənişli əsaslarla verilməsi nə deməkdir?!”.

Namidə Bingöl

Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 22-04-2017, 18:19      

Xəbəri paylaş

Paylaş:   

Prizma