G-20-nin Argentina sammitində ABŞ prezidenti Donald Trampla onun çinli həmkarı Şi Jinping arasında baş tutan görüşdə liderlərin ümumi razılığa gəlməsi qlobal ticarət savaşının bitəcəyinə, nəticədə dünya sənayesinin yenidən canlanacağına dair ümidləri artırıb. Bu da ilk təsirini dünya neft bazarında “qara qızıl”ın qiymətlərində göstərib.
Ovqat.com-un məlumatına görə ötən həftəni 59.19 $/barrellə tamamlayan Brent markalı neft bu həftəyə 5%-dən artıq yüksəlişlə başlayıb. Hazırda bir barrel Brent markalı neft 62.50 $-a təklif olunur.
Analoji artım WTI markalı neftin qiymətlərində də özünü göstərib. Ötən həftəni 50.93 $/barrellə tamamlayan WTI hazırda 5.43% bahalaşaraq 53.71 $/barrelə satılır.
Buna baxmayaraq, mütəxəssislər qiymətlərin həftə ərzində yenidən aşağı düşəcəyi qənaətindədirlər.
Paylaş: