Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Aprelin 11-də Britaniya qəzetləri bir qrup varlının gənc qızlarla kef çəkmək üçün karantin rejiminin hökm sürdüyü, koronavirusdan hər gün yüzlərlə adamın öldüyü Fransaya uçmasından yazıb.
Qərb mediası bildirib ki, qızlarla kef etmək istəyənlərin arasında Ukraynadan olan, kimliyi açıqlanmayan biznesmen də olub. Onlar Londondan özəl təyyarədə Fransanın Marsel şəhərinə, oradan isə vertolyotlarla kurort şəhəri Kanndakı dəbdəbəli villaya uçmağa çalışıblar.
“The Mirror” yazır ki, “Emraer Lagacy 600” markalı təyyarənin göyərtəsində yaşları 40-50 arasında olan yeddi kişi və yaşları 27-dən yuxarı olmayan 3 qız və bir neçə xanım olub. Təyyarə Fransa hüquq-mühafizə orqanlarının geri qayıtmaq tələblərinə baxmayaraq, Marsel-Provans aerportunda enib. Bildirilir ki, təyyarənin reysinin haqqını hansısa ukraynalı biznesmen ödəyib, o həm də sərnişinlərin arasında yer alırdı. Elə həmin adam lacivərdi sahillərdə dəbdəbəli villa kirayə götürüb, evin dəyəri 75 milyon dollardan yuxarıdır. Məlumata görə, oliqarx villanı Xorvatiyadan olan vasitəçinin-biznesmenin köməyi ilə kirayə götürüb.
“The Daily Mail” isə əlavə informasiya dərc edir, bildirir ki, “Emraer Legacy 600” təyyarəsinin bir saatlıq uçuşu 6600 dollara başa gəlir, həmin villanın sutkalıq kirayəsi isə 62 min dollardır. Habelə ukraynalı oliqarx aerportdan birbaşa villaya uçmaq üçün 3 vertolyot da kirayələyib və bunun üçün iri məbləğ ödəyib. Amma məbləğ məlum deyil. Vertolyotlar qrup Marsel-Provans aerportunda gözləyirdi ki, onları oradan birbaşa villaya çatdırsın.
Məhz həmin vertoyotlar Fransa polisini şübhələndirib. Zabitlər vertolyotların pilotlarından öyrəniblər ki, onlar Londondan gələcək 10 nəfərlik qrupu gözləyirlər. Hansı ki, pandemiya şəratində belə uçuşlar Fransada qəti qadağandır. İstənilən belə reys üçün xüsusi icazə almaq lazımdır. Təbii ki, ukraynalı biznesmenin və tanışlarının bu cür icazəsi olmayıb.
Nəticədə təyyarə aerporta enən kimi polislər dərhal onu əhatəyə alıblar və sərnişinlərin göyərtəni tərk etməsinə qadağa qoyublar. Bu da gələnləri hiddətləndirib. Onlardan biri fransızlara bildirib ki, söhbət işgüzar görüşdən gedir. Guya villada Fransada minlərlə yeni iş yerinin açılmasına imkan verən hansısa sövdələşmə imzalanmalıydı.
Qey edək ki, məlumatlarda təyyarədə bir neçə ölkənin – o cümlədən Ukraynanın, Rumıniyanın, Fransanın və Almaniyanın vətəndaşları olduğu bildirilir. Bu şəxslərin kirayələdiyi villa isə Lacivərdi sahillərdə yaxşı tanınır, “Alang Alang” adlı villanın sahibi bir vaxtlar silah taciri Adam Haşoqi olub. Sonra onu britaniyalı rieltor alıb. Təyyarəyə gəldikdə isə o, Londondakı “PrivateFly” şirkətində qeydiyyatdadır.
Bununla bağlı bu gün bizə məlumat verən Qərb mənbəsi isə maraqlı məlumat açıqlayıb. Onlar bildirirlər ki, təyyarədəki ukraynalı biznesmen Elçin Məmmədov adlı şəxs olub. Elçin Məmmədov isə SOCAR Ukraynanın rəhbəridir. Bu şəxsin dəbdəbə və məcəra həvəskarı olduğu məlumdur. O, hələ bir müddən əvvəl 350 min dollar pul xərcləyərək Adolf Hitlerin sürdüyü maşını Avstriyadan alıb Odessada partizanlıq etməsilə məşhurlaşmışdı. Digər şəxsin isə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anari...nin olduğu qeyd olunur.
Anar Ə. adı azərbaycanlılara 2015-ci ildən tanışdı. Beynəlxalq jurnalist araşdırmaları nəticəsində məlum olmuşdu ki, onun İsveçrə banklarındakı tək bir bank hesabında 100 milyon dollar var. Bu şəxs Rövnəq Abdullayevin və Azərbaycandakı neft mafiyasının qara kassası sayılır. Görünür, koronavirus pandemiyasına görə hərəkətləri məhdudlaşan bu şəxslər Fransada okean sahillərində kef etmək istəyiblər. Lakin Fransa Azərbaycan və ya keçmiş sovet respublikaları olmadığından keflərinə soğan doğranılıb.
Bu prosesdə ən maraqlı olan isə bu şəxslərin milyonları öz kefləri naminə kağız kimi xərcləmələridir. Azərbaycanda isə ölkə rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb əhalidən pul istəyir. Lakin İbizada 2 milyonluq saat itirən, koronavirus pandemiyası zamanı kef çəkmək üçün milyonluq villa kirayələyən SOCAR mafiyası heç yada düşmür…
Mənbə: ttp://europanews-ch.over-blog.com/2020/04/karantin-vaxti-g-nc-qizlarla-kef-c-km-k-ucun-oz-l-t-yyar-il-fransaya-ucan-oliqarxlarin-kimliyi-b-lli-oldu-anar-lizad.html
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar