Xəbər lenti
Bu gün, 01:13
Dünən, 21:32
Dünən, 20:23
Dünən, 16:09
Dünən, 14:34
Dünən, 13:30
Dünən, 12:06
Dünən, 10:36
15-11-2024, 23:31
15-11-2024, 22:46
15-11-2024, 20:41
15-11-2024, 19:51
15-11-2024, 18:37
15-11-2024, 17:30
15-11-2024, 16:26
15-11-2024, 15:41
15-11-2024, 14:14
15-11-2024, 14:00
15-11-2024, 11:08
Gözlənildiyi kimi, ABŞ başda olmaqla Qərb dünyası Rusiyaya qarşı mübarizədə Ukraynanı ən müasir silahlarla təchiz etməyə başlayıb. Hazırda hər iki tərəf artilleriya qurğularından intensiv şəkildə istifadə edir. Ukraynanın alacağı silahlar içərisində haubitsalar mühüm yer tutur. Ekspertlər bildirirlər ki, Qərbin yüksək dəqiqlikli atəş gücünə malik haubitsaları müharibənin gedişində qüvvələr nisbətinə əhəmiyyətli təsir göstərəcək və Ukraynanın leyhinə ciddi dönüş yaradacaq.
“AzPolitika.info” Ukraynanın “Korrespondent.net” internet portalına istinadla xəbər verir ki, ABŞ-ın Ukraynaya göndərməyi planladığı 90 ədəd 155 millimetr çaplı “M777” haubitsasının yarısından çoxu artıq Ukraynadadır. İndi Ukrayna hərbçiləri bu silahdan necə istifadə olunması qaydalarını öyrənirlər. ABŞ, həmçinin Ukraynaya 155 millimetr çaplı haubitsalar üçün nəzərdə tutulan NATO standartına uyğun gələn 144 min mərmi göndərəcək.
“M777” haubitsasının səmərəli atəş məsafəsi 24 kilometrdir. Əgər “M982 Excalibur” mərmilərindən istifadə olunarsa, atəş məsafəsini 40 kilometrə qədər artırmaq mümkündür. ABŞ-ın bu tip mərmiləri Ukraynaya göndəriləcəyi hələ tam bəlli deyil. “M777” haubitsasının atəş heyəti beş nəfərdən ibarətdir, ancaq sovet istehsalı olan “2C19 Msta” və “2C5 Qiaçint” üçün səkkiz döyüşçü tələb olunur. Bu haubitsa standart olaraq dəqiqədə iki atəş açır, ancaq əgər iki dəqiqə ərzində intensiv atəş açılmasına ehtiyac yaranarsa, o zaman “M777” dəqiqədə 5 atəş aça bilər. ABŞ hərbçiləri bu haubitsaları İraq və Əfqanıstanda istifadə ediblər.
“Associated Press” agentliyinin siyasi icmalçısı Rober Barns deyib: ”Artilleriya kimi ağır silahlardan istifadə Ukraynanın şərqindəki Donbas uğrunda gedən döyüşlərdə mühüm yer tutacaq. Bu regionun düzənlik relyefi uzaqvuran artilleriyanın dəstəyi ilə tankların və digər yerüstü qoşunların manevr imkanlarına uyğundur”.
Bütün bunlarla yanaşı, ABŞ Ukraynaya “AN/TPQ-36” radiolokasiya stansiyaları da göndərir. Artilleriya batareyaları əleyhinə olan bu vasitələr düşmən mərmisinin trayektoriyasına əsasən onun haradan atıldığını müyyənləşdirə bilir, sonra isə düşmənin koordinatları haubitsa heyətinə və ya Yaylım Atəşi Sisteminin operatorlarına ötürülür.
ABŞ-dan başqa Kanada da Ukraynaya “M777” haubitsası göndərir. Kanada yolladığı dörd ədəd “M777” haubitsası ilə yanaşı, Ukrayna ordusuna GPS tuşlayıcısı olan yüksək dəqiqlikli “Excalibur” mərmiləri də verəcək. Bu mərmilərin hər birinin dəyəri 112 min dollardır.
Britaniya isə Ukraynaya 20 ədəd 155 millimetr çaplı “AS-90” Özüyeriyən Artilleriya Qurğusu göndərəcək. “Expess.co.uk” portalının məlumatına görə, bu artilleriya qurğularını Britaniya öz ordusunun hərbi arsenalından verəcək və həm də britaniyalı mütəxəssislər bu texnika ilə necə davranmağı ukraynalılara öyrədəcəklər.
“AS-90” haubitsası düşmən hədəflərini 30 kilometr məsafəyədək vura bilər. Ardıcıl üç mərmi buraxmaq üçün “AS-90” haubitsasına cəmi on saniyə vaxt lazımdır.
Çexiya iki həftə öncə Ukraynaya özünün 152 mm-lik özüyeriyən “Dana ShKH.vz.77” haubitsası və onun modernləşdirilmiş “DANA M2” variantını göndərməyə razılaşıb. Bu haubitsalardan əlavə çexlər Ukraynaya özlərinin istehsal etdiyi “RM70” Yaylım Atəşi Sistemlərini verəcəklər.
Ukraynanın Rusiyaya qarşı mübarizəsində Polşa mühüm rol oynayır. Polşa Ukraynaya sovet istehsalı olan 122 mm-lik “SAU2C1 Gvozdika” haubitsası (atəş məsafəsi 15 kilometr) və” BM-21 Grad” Yaylım Atəşi Sistemi (atəş məsafəsi 21 kilometr) yollayıb.
Estoniya isə Ukraynaya sovet istehsalı olan qoşqulu 122 mm-lik “D-30” haubitsası verib. Ukrayna ordusunda əvvəldən də həmin hubitsalardan vardı. Belçika isə Ukraynaya 155 mm-lik “M109A4BE” özüyeriyən habutsa göndərəcəyini bildirib. Digər yandan, İtalya və Slovakiya da Ukraynaya haubitsalar göndərmək niyyətindədirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar