Qətər Səudiyyə Ərəbistanı və Körfəz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin irəli sürdüyü 13 maddəlik şərt siyahısına cavabını Küveytə təqdim edib.
“Report”un “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, cavabın detalları hələ açıqlanmır.
Qeyd edək ki, iyunun 22-də 4 ərəb ölkəsi tərəfindən Qətərə göndərilən məktubda 13 şərtin yerinə yetiriləcəyi halda sanksiyaların ləğv olunacağı vəd edilirdi.
Həmin məktubda Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn “Al Jazeera” dövlət yayım şirkətinin bağlanmasını istəyirdi.
Qətərdən, həmçinin İranla əlaqələrin azaldılması və Türkiyə hərbi bazasının bağlanması tələb olunurdu. Bu şərtlərə əməl etmək üçün 10 gün möhlət verilmişdi. Ancaq iyulun 3-də möhlət müddəti daha 48 saat uzaldılıb.
Paylaş: