Xəbər lenti

İsrail Beynəlxalq Məhkəməyə verilir

Fələstinin Qurtuluş Təşkilatı İsrailin fələstinlilərə yeritdiyi siyasəti şikayət etmək məqsədilə Beynəlxalq Məhkəməyə müraciət ərizəsi göndərmək qərarı alıb.

Publika.az xəbər verir ki, təşkilat İsrail hökumətini irqçilik və etnik təmizlik siyasəti yürütməkdə ittiham edib.

Bu barədə Fələstinin “WAFA” rəsmi xəbər agentliyi məlumat yayıb.

Rəmallah şəhərində toplanan təşkilatın idarə heyəti yəhudilərin yerləşdiyi qəsəbələrlə bağlı tətbiqləri də müaharibə cinayəti kimi dəyərləndirib və şikayət ərizəsinə daxil edib.

Qərarla bağlı verilən açıqlamada İsrailin beynəlxalq hüquq və qanunlara zidd hərəkət etdiyi bildirilib. Buna görə də beynəlxalq ictimaiyyətin, xüsusilə, BMT-nin İsrailin beynəlxalq qanunlara zidd siyasətlərinə qarşı ikili standart siyasətinə davam edə bilməyəcəyi qeyd edilib.

Zümrüd




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 25-09-2017, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma