"İsraildən başqa, Şimali İraq kürd muxtariyyətində keçirilən referendumu dəstəkləyən ölkə və ya beynəlxalq təşkilat yoxdur”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən referendumu şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, referendum yeni münaqişələrin xəbərçisi olmaqdan başqa, heç bir anlam daşımır.
“Dünya yalnız İsraildən ibarət deyil. Kosovo 114 ölkə tərəfindən tanınıb, lakin hələ də cətin vəziyyətdədirlər. Sən İsraillə nə əldə edəcəksən? Sanksiyaları tətbiq etməyə başladığımız anda ortada qalacaqlar, TIR-lar Şimal İraqa getməsə, yeməyə çörək tapa bilməyəcəklər. İsraillilər onlara haradan və necə göndərəcək? Biz son ana qədər Bərzaninin belə bir yanlış hərəkət edəcəyini ehtimal etmirdik. Deməli, yanlışlığa yol vermişik. Bu qərar ölkəmizə xəyanətdir. Bu məsələ kürdlərin haqqı məsələsi deyil. Bərzani bu səhvdən qısa müddətdə dönməsə, bölgəni məzhəb qarşıdurmasına itələyəcək”, - Türkiyə prezidenti bildirib.
Ərdoğan iqtisadi sanksiyalardan hərbi addımlara qədər bütün variantların masada olduğunu deyib.
Prezident Türkiyəni bölgədə oyun qurucusu kimi görməyənlərlə də bərabər heç bir addımın atılmayacağını vurğulayıb. O, Türkiyənin bölgədə oyun qurucusu olduğunu qeyd edib.
Paylaş: